Əbam kimi…
Bu gün külək və kilsə zəngləri gözlərinə qarışıb
Bu gün əllərim və ulduzlar saçlarına qarışıb
Bədənim ovucunda balaca bir oyuncaq kimi
Sehirli bir romanın buxar çıxan səyfələrində gəzək
Kitabın iki məşuğu kimi, qovuşub bitək
Sonu bəlli olmayan qəhrəmanlar kimi
Uzun-uzun sərilsin gecə ayaqlarımıza
Bir də susma, bir də susma, bir də susma
Bədənim sənin, gözlərim sənin, içimdəsən ruhum kimi
Heç bir ayrılıq, ayrılıq deyil
Və heç bir aydınlıq gözlərin deyil
Hər gün dəyiş dünyamı, günəş kimi
Qar, köhnə ayaqqabılar, soyuq əllərin
Qarışır dodaqlarımıza qar, soyuq öpüşlərin
Ağ, balaca, heç, sirrli, qar kimi
Sonlar gəlir hər zaman səndən sonra
Son ümid, son baxış, son intihar
Sən bu həyatın başlangıcısan, son kimi
Hər öpüşün nəticədirsə, varlığın səbəbdir
Adındakı hər hərfdə bir hissəm özünü gizlədir
Ney kimi, əllərin kimi, ruhum kimi
Sufi dərviş isəm və səmasəzənsə kipriklərin
Həm Mevlananı, həm də Şəmsi gizlədirsə ürəyin
Sən mənim tək varlığım, qara əbam kimi…
-
Yeni kitabı yazmağa başlamışam. Yəgin ki, Vüsal Nazimoğluyla bir yerdə buraxacam kitabı.
Ona görə də, yeni kitaba qədər heç bir şey yazmayacam bloga, yəni, böyük ehtimalla )
Bilirəm elə çox da vecinizə deyil, sadəcə bilin istədim )
Hər söz boşdu…
Özü, özünə bəs edənlər həqiqi xoşbəxtlərdir – Aristotalaes (Eudemos’a Etik, VII,2)
Biz heç vaxt özümüzə bəs etməmişik. Özümüzün tam olmadığını düşünmüşük. Yox. Biz tək-tək tamlarıq. Bilirsiniz, mənim vecimə deyil kim oxuyur bunları ya yox. Yəni, istir oxusun – istir oxumasın, heç kəsdən get kitabımı al deyə xahiş etməmişəm, yada yalvarmamışam gir oxu. Istirsən oxuma. Mən özümə həm də oxuyucuyam axı. Bu blog mənim eqomdu, Deyil mənim ilk ədəbi eqomdu.
Insanlara sənin kədərin zadın lazım deyil. Kimin nə vecinə sən ağlıyırsan. Əgər yazdığım şeirlər və ya bu qısa yazılar sənə öz kədərini xatırlatmasa, heç gözüvün ucuyla belə baxmarsan. Hamı “MƏN” mərkəzli həyat sürür. Elədə olmalıdı. Hər şeyi sən yatamısan, ətrafını, dünyanı, məni, dostlarını. Məsələn, həyatındakı nifrət edilən insan, sənin nifrət düşüncəvin yaratdığıdı. Məsələn, sən mənim beynimin “ayda kimsə oxusun məni” düşüncəsinin yaratdığısan. Sadəcə bu döngüdə itmişik və ruhlar tələsir. Hamı harasa tələsir. Saatları qırmax lazımdı. 24 rəqəmli anlayışı dağıdıb “ən böyük inqilab”ı etmək lazımdır. Qurulmuş həyat sistemi artıq üstündə düzəlişlər ediləsi deyil, dibindən söküb yıxıb-tikmək lazmdı.
Əgər gizlin sevişmələri adi hala gətirsələr, gizlin kitab oxuma adəti başlayar. Bunların istədiyi bu mentalitet nədi ki? Cəmiyyətə qəbul edilmənin şərtlərindən başda nədi? Sevəcəyin rəngi belə seçən, saqqalını seçən, oxuyacağın kitabı, danışıq tərzini tənzimləyən mentalitet. 6 yaşında atası kimi qeyindirilən yazıq uşaqlar var.
Bilirəm, nəsə dəyişilir. Ağalar məlim deyirdi ki, “bir-iki nəsil qurban getməlidi və o nəsil sizlərsiniz.” Bizlər onlarıq. Amma heç nə yaxşı olmayacaq. Heç nə. Düzələsi deyil heç nə. Yox eee yox. Hər söz boşdu.
Ardını OxuGünəşi yandır, sonra get
Şeirlərindən fərqlisən…
Bunu demə mənə. Fərqliyəm, sənə görə, sizdən ötrü fərqliyəm. Öpüşüb intihar etmək istərəm, bil. Ağlıya-ağlıya sevişmək istərəm. Gülə-gülə…
Bu torpaq mənlik deyil. Bu təbiət, bu meyvələr, insanlar.
Sən də mənlik deyilsən. Nə yatmaq istirəm, nə öpüşmək, nə də gülmək.
Mən çox yoxluqların odunlarını “otağım” adlı cəhənnəmə daşımışam. Mənə cəhənnəmdən, mənə kədərdən danışma.
Gözlərini yalandan gözlərimə dikmə, mən çox ağlayan gözlərdən ayrılmışam, çox yaxmışam sürmələri, çox parçalanmışam boş-boş qadınların dodaqlarında, yataqlarında, mənə sevişməkdən danışma.
Mənə ölümdən zaddan da danışma qurban olum, torpaqlar səndən çox daha doğmalarımı alıb bağrına…
Heç bir arzu tutmaram və heç bir ümidi sevmərəm. Arzu ən böyük günahdır! Ümid bədən üçün edilən ən böyük xəyanətdir!
Mənim həm arzum, həm də ümidim sənsən… Və mən heç bir arzunu istəmirəm, heç bir ümidi sevmərəm…
Bu yazıya heç bir şeir zad da əlavə etmirəm. Şeir yazmıram. Şair deyiləm mən, əl çək.
Ardını OxuŞair qədər susmaq…
Bilirsən sevgilim, etirafı çətindi bəzən hisslərin. Bəzən çıxıb getməyim gəlir sənsiz hansısa cəhənnəmə. Bəzən ölümsüz olub səni ölməyənəcən sevməyim gəlir. Bəzən üşüyürəm öz gözyaşlarımın soyuqluğunda. Bəzən də əclafın biriyəm, məni bağışla. Amma heç düşünülmədi inan bu bədəndə xəyanət. Heç bir ucuz dodağa qarışmadı saniyələr.
Gözümün qəfəsindən azadlıq ümüdləri qura bilmirəm, gözlərimi yumdum indi.
Darıxıram sənsiz. Edəcək heç nə yox, ediləcəklərin marağı yox. Heç nə yox. Zargana demişkən, “Hər şey pox.”
Gedib içəri şəhərə indi, boğazım tutulana qədər adını çığırmaq istirəm. Nəfəsim kəsilənə qədər qaçmaq istirəm, yerini bilmədən. Sanki hər döngədə məni gözlüyürmüşsən kimi. Sanki hələ də varsanmış kimi, ay kimi, günəş kimi. Darıxmağın qılıncını endirdin boynuma cəllad kimi.
Ardını OxuHeç vaxt…
Hər kəs özü qədər sevə bilir. Özündən çox sevməyin mənasını düşünəndə gəldi ağlıma. Yəni ki, “öz”ündən çox sevə bilirsənsə, bir şeyə, tanrıya məsələn, ya da balaca bir kitaba özüvün bir parçan kimi baxa bilirsənsə, o artıq sənindir.
Sevdiyim qadınlar bıraxıb gedəndə, mən də baxanda dallarıcan, elə bilidim ki gedən qadın, mənim sevdiyim qadının dublorudu. İndi günlər keçir və mən başa düşürəm ki, hər qadın mənim mələyimin ətli-canlı dublorudu, axı mən ruh adamam, ruhdan qadınım var.
Ardını OxuSəhər saat beş halı
İllər toplanandan sonra yaşıma, ağlar girəndən sonra saçlarımın arasına, qırışlar çəkilərkən əllərimə, görəsən səni bir gün bu utancaq şəhərin ortasında yenə qucaqlamaq istəyəcəm? Görəsən barmaqlarının uclarını yenə öpmək istəyəcəm? Yoxsa ölümmü qorxudacaq bütün düşüncələrimi… Yoxsa ölümmü tələsdirəcək şeirlərimi…
Yalvarışın qədər alçaxdı bu həyat. Yalvarışın qədər saxtadı bu cəmiyyət. Hər addımında uzaqlaşırsan bu köhnə şəhərdən. Hər addımında bir az daha əcnəbisən.
Hər ayrılığında dəhşətli təkanlarla sarsıldı bütün həqiqətlərim. Hər dodaq tərpənişində, zaman beş qat daha yavaşladı, dodaqların yavaşladı, sözlərinin kəsdiyi yaralarım yavaşladı. Dodaqların yalnız dodaqlarımda gözəl idi.
Ardını Oxu
Bir intihar axşamı, getmək…
Özünü vermək. Al demək. Al hər şeyimi. Bax, atıb gəldim hər şeyimi. Hər şeyimi. İndi bir özüməm, bir də özüm. Bax, indi al hər şeyimi. Özünü qul kimi təhvil vermək əllərinə. Şeir budu da. Bu özündən çıxmışlara, qum saatındaki gün dənələrini görsədib, ölümü hər misra aralığında yaşatmaq üçün, özümə gəl.
Ardını OxuSən səhrasan…
Nəcə gedə bilmədim. Necə gözəl olardı sənsizlik ürəkdə. Boş küçələrdə, hər addım sənin adın çəkilmədən. Tanımadan bu şəhərin binalarını, yollarını, insanlarını. Niyə bir dəfə belə ürəyimcə itəmmirəm küçələrində Bakı? Niyə siləmmirsən izlərini o küləyinlə.
Ardını OxuYavaş-yavaş

Son dəfə 6 il əvvəl ailəmlə bir yerdə oturub yemək yemişəm, bütün ailə. Uşaq vaxtı, atam yolda əlimi tutub gəzəndə, hirslənərdim. Indisə, möhkəm, lap möhkəm tutsun istirəm, heç bıraxmasın. Sonra yazmaq qədər doğma olan, bir axşam, bütün ailə, bütün xoşbəxtliklər bir evdə, əşi cəhənnəmə bütün sevgililər…
Ardını Oxuİntihar…
İntahara heç bu qədər yaxınlaşmamışdım. İnan mənə. Bir addımlığımda. Bütün mənəviyyatın çöküşü. Bütün aləmlərin tanrılarını sorub məhv olması. Bu qədər acızəmsə, ölüm mənim bədəlim. Beş qəpiylik sevinclərim. Tüpürüb iyrəndiyim həyatım. Məni ayaqda saxlayan anti-depressantlar. Hər gün saat 4-də əlimdəki spazmagonlar. Gic-gicə sms-lər. Zəhləm getmişlərdən zənglər. Bir şəhvətin meyvəsi mən. Bir gecə xoş sözə qanan ailənin eşşəy övladı, mən. Dırnaq arası dostların facebook statusları. Özümün facebook səyfəm, bir gicin infoları. Güya kimin vecinədiki ( söyüş yerinə “vec” ) mən kimə “follow” eləyirəm. Tüpürüm sənin həyatına əli. Intihar edəcək qədər belə cəsarətin yoxdursa, sən heç sevmə. Şeirlərinə də sənin. Mənim yaşamağa nə də sevməyə haqqım yoxdu, bir haqq verilib, oda intihar…
Ardını Oxu












